F-1.az xəbər verir ki, Formula1 komandaları nadir həmrəylik nümayiş etdiriblər və demək olar ki, bütün gücü ilə Maykl Andrettinin layihəsinə qarşı çıxıblar. Təklifii dəstəkləməyə yalnız bir komanda hazırdır – söhbət Alpine komandasından gedir. Ehtimal olunur ki, fransız avtomobil istehsalçısı Amerika komandasını Cadillac kimi markalanacaq güc qurğuları ilə təchiz etməyə hazırlaşır.
İddialara görə, Renault-nun güc qurğularının adını Cadillac olaraq dəyişdirmək niyyətinə görə qalan komandalar layihəyə qarşı çıxıblar. Onlar inanırlar ki, General Motors digər avtomobil istehsalçılarına nisbətən çempionata daha az sərmayə qoyaraq, yol avtomobillərini tanıtmaq üçün Formula1-dən istifadə edəcək.
Britaniyalı ekspert Co Savar hesab edir ki, digər komandaların Formula1-də yeni rəqiblər görmək istəməməsinin əsl səbəbi mükafat pulunun bir hissəsinin itirilməsidir və çünki mükafat fondu daha çox iştirakçı arasında bölüşdürülməli olacaq.