F-1.az xəbər verir ki, paddokda amerikalı iş adamının ideyasına münasibət birmənalı deyil, lakin Andretti ümid edir ki, onun müraciəti təsdiqlənəcək və yekun qərarı önümüzdəki həftələrdə gözləyir.
Maykl Andretti: “Biz hər gün layihə üzərində işləyirik. Biz onun həyata keçirilməsinə yaxınlaşırıq və uğur qazanacağımıza əminəm. Yekun qərarı hələ almamışıq, amma buna yaxınlaşırıq.
Biz əvvəllər heç kimin etmədiy bir şeyi etmək istəyirik. Biz Le Mandan Monakoya, İndy 500-dən Daytonaya kimi bütün yarış seriyalarında təmsil olunmaq istəyirik. Ümid edirik ki, növbəti bir neçə həftə ərzində müsbət cavab alarıq – bu, əla Milad hədiyyəsi olardı!”