Andretti öz komandasına Alonso və Hertanı götürərdi

Maykl Andretti özünün Andretti Global şirkəti adından Formula1 komandasını yaratmaq üçün FİA-ya müraciət etməsinin üstündən təxminən bir il keçir.

F-1.az xəbər verir ki, şirkət bu yaxınlarda İndiana ştatında yeni qərargah açıb və orada onun bütün avtoidman bölmələri, o cümlədən Formula1 komandası (əgər pedya olarsa) da yerləşməlidir.

Mayklın atası, 1978-ci ilin dünya çempionu Mario Andretti SoyMotor kanalında yayım zamanı yeni komandada Fernando Alonso və Kolton Hertanı görmək istədiyini söyləyib…

Mario Andretti: “Alonsonu ələ keçirmək əla olardı. Onun böyük təcrübəsi var, onun gəlişi bizim üçün inanılmaz hadisə olardı, ona görə də bu məsələyə baxacağıq. Düşünürəm ki, o hələ yarışmağa davam etmək istəyir, çünki özünün ən yaxşı çağındadır.

Komandada 99% iştirak edəcək sürücülərdən biri də Kolton Hertadır, lakin onun təcrübəli tərəfdaşa ehtiyacı var. Bu, komandanı həqiqətən tam edəcək. Bu, indi bizim planımızın bir hissəsi kimi müzakirə olunur.

Məqsədimiz təcrübəli sürücünü gənc istedada tərəfdaş kimi dəvət etməkdir və onlardan biri mütləq amerikalı olmalıdır”.

May ayında Alonso Maykl Andrettinin Formula1-ə gəlməsi fikrini dəstəkləmişdi, lakin indi onun Aston Martin-lə əslində hələ başlamamış çoxillik müqaviləsi var və komanda sahibi Lourəns Stroll çətin ki, ispaniyalını buraxmağa razı olsun.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*