Maykl Andretti: “Bəli, biz hələ də işləyirik. Düşünürəm ki, son bir neçə ay ərzində yaxşı irəliləyiş əldə edə bilmişik və təslim olmuruq”.
Hazırda Andretti Formula1 komandasının layihəsini reallaşdırmağa çalışır, lakin potensial rəqiblər buna qarşıdırlar. Əsas səbəb F1-ə gələcək yeni komandanın mükafat fondunun yenidən bölüşdürülməsinə təsiridir. 1978-ci ilin dünya çempionu Mario Andretti özü də bu yaxınlarda oğlu Maykl ilə birlikdə Formula1-ə düşmək cəhdlərini davam etdirəcəklərini bəyan etmiş, həmçinin F1-də 11 və ya 12 komandanın mübarizə apara biləcəyi barədə fikir bildirmişdi.
Həm də məlumdur ki, şirkət yeni avtoidman bazası tikməyi planlaşdırır.. Binanın tikintisinə bu ilin sonunadək başlanacaq.