Andretti Global-da dəyişiklik: Maykl Andretti vəzifəsini tərk etdi

Formula1 çempionu Mario Andretti-nin oğlu Maykl Andretti sahibi olduğu Andretti Global şirkətinin rəhbərliyindən istefa verərək, idarəetməni biznes tərəfdaşı Dən Taurisə həvalə edib.

F-1.az xəbər verir ki, dəyişiklik barədə söz-söhbətlər yanvar ayının sonunda Liberty Media-nın Andretti Global-ın çempionata qatılmaq üçün müraciətini rədd etməsindən sonra başlayıb. General Motors şirkətinin Cadillac brendi ilə tərəfdaşlıq, xüsusilə də GM-in 2028-ci il mövsümü üçün öz güc qurğusunu yaradacağını təsdiqləsəydi, kömək edə bilərdi. Lakin əvvəlcə bu barədə məlumatın olmaması, indi isə Maykl Andretti-nin istefa verməsi layihənin perspektivlərini şübhə altına alır.

Maykl Andretti: “Mən yarışçı kimi doğulmuşam və karyeramı başa vurduqdan sonra gələcək yarışçıları məndən daha sürətli sürməyə həvəsləndirəcək imkanlar yaratmağa diqqət yetirdim. Ən yaxşı xatirələrimin çoxu bu şirkətlə bağlıdır, qurduğumuz işlərlə fəxr edirəm. Lakin onilliklər boyu çalışmaq qurbanlar tələb edir. Uzun müddət düşündükdən və götür-qoy etdikdən sonra bir addım geri çəkilməyə və estafeti tərəfdaşım və dostum Dən Taurisə ötürməyə qərar verdim.

Özüm, ailəm və komanda üçün bu qərarı qəbul edərkən, xüsusilə də azarkeşləri – böyük ailəmin üzvlərini təəccübləndirəcəyini bilirəm. Sizin çoxunuz mənim böyüməyimi izləyib və hər addımda komandamızı dəstəkləyərək mənimlə birlikdə böyüyüb. Andretti azarkeşləri dünyanın ən yaxşılarıdır.

Mən idmandan tamamilə getmək niyyətində deyiləm, məsləhətçi olmağa və bacardığım hər şeydə kömək etməyə hazıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*