Andretti F2 və F3-də də komandalar yaratmağı planlaşdırır

Andretti Cadillac komandası Formula1-də iştirak üçün rəsmi ərizə verib və hazırda digər iddiaçılarla birlikdə FİA-nın qərarını gözləyir.

F-1.az xəbər verir ki, layihənin meneceri Maykl Andretti ərizə təsdiq olunarsa, eyni zamanda Formula2 və Formula3-də də işitrak etmək istədikləriini bildirib. Andretti əsas komandada çıxış edəcək potensial namizədləri qiymətləndirmək üçün gənclər seriyasında öz komandalarına ehtiyac duyur.

Maykl Andretti: “Biz İngiltərədə Formula1 komandasının mühəndislik şöbəsinin yerləşəcəyi baza açmağı planlaşdırırıq. Əgər Formula1 ilə razılaşma əldə olunarsa, o zaman Formula2 və Formula3-də komandalar yaratmaq istəyirəm. Bu, sürücülərimizin gənclər seriyası sistemindən necə keçdiyinə nəzarət etmək üçün lazımdır. Beləliklə, onların ixtiyarında hansı avadanlıq olduğunu və komanda ilə necə əlaqələr qurduqlarını biləcəyik.

Karyera nərdivanında yüksələn sürücüləri qiymətləndirmək çətindir. Əgər kiminsə böyük pul kisəsi varsa, o, böyük istedada malik bir yarışçıdan daha yaxşı şansa sahib olur, amma biz komandalarımızda bu yanaşmanı etmirik. Bu komandalara gənc pilotların qiymətləndirilməsi üçün ehtiyacım var”.

Xatırladaq ki, Andretti Cadillac layihəsinin F1-ə girəcəyi hələ dəqiq deyil, çünki onlar yeganə namizəd deyillər – bugünlərdə LKY SUNZ adlı başqa bir komanda da namizədliyini rəsmən irəli sürüb…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*