Andretti Domenikalinin tənqidlərinə cavab verib

Cadillac ilə birləşdikdən sonra Formula1-ə 11-ci komanda kimi girmək yolunda ciddi addım atan Andretti Motorsport ətrafında müzakirələr səngimir.

F-1.az xatırladır ki, çempionatın başçısı Domenikali Andrettiləri bir növ onlara təzyiqdə ittiham etmişdi. Layihənin rəhbəri Marko Andrettinin atası.ş 1978-ci ilin dünya çempionu Mario Andretti məsələyə öz reaksiyasını verib.

Mario Andretti: “Ola bilsin ki, Mayklın komandasının Formula1-ə gəlişi ilə bağlı açıqlamalarımız həddən artıq emosional idi, ancaq bu ona görə idi ki, onlar layihənin perspektivlərini dəyərləndirərkən narahat idilər. Bunda pis və ya mənfi bir şey yox idi. Digər məsələlərin hamısında biz bütün qaydalara tam əməl etdik.

Bütün edə biləcəyimiz budur. Siz məsələyə müxtəlif cür baxa bilərsiniz, amma mən hiss etmirəm ki, biz nəyisə pozmuşuq və ya səhv etmişik. Sadəcə, mətbuatla münasibətdə ictimaiyyət üçün maraqlı hesab etdiyimiz ruhla hərəkət edirik. Bu həyatdır. Düşünmürəm ki, buna görə bizi günahlandıra bilərsiniz”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*