F-1.az xatırladır ki yeni formalaşmış birliyin federasiyaya müraciət edəcəyi gözlənilirdi.
General Motors bu barədə bəyanat yayıb: “Andetti Cadillac komandası FİA-ya dünya çempionatında iştirakda maraqlı olduqlarını bildirdi. Biz qəti şəkildə inanırıq ki, birləşmiş yarış təcrübəmiz bütün dünyada Formula1-ə marağı artıracaq olan ABŞ komandasının yaradılmasına kömək edəcək. Biz FİA-nın F1 komandalarının sayının artırılması istiqamətində apardığı şəffaf və ədalətli prosesi yüksək qiymətləndiririk”.
Andretti-nin mövcud şərtlərlə F1-ə girişi alınmazsa, onun mövcud komandalardan biri ilə güclərini birləşdirəcəyi deyilir. Bu mənada ən real namizəd isə AlphaTauri-dir.