Andrea Stella: İşlədiyim hər bir kəsdən nəsə öyrənmişəm…

Formula1-dəki uzun karyerası ərzində McLaren komandasının yeni başçısı Andrea Stella Mixael Şumaxer, Kimi Rəykkönen və Fernando Alonso kimi dünya çempionlarına mühəndislik edib.

F-1.az xəbər verir ki, eyni zamanda, italiyalı mütəxəssis Jan Todt, Stefano Domenikali, Erik Bulye və Andreas Zaydl kimi komanda başçıları ilə çalışıb və onlardan çox şey öyrənib…

Andrea Stella: “İşlədiyiniz hər kəsdən nəsə öyrənirsiniz, xüsusilə qarşınızdakı şəxs güclü və ağıllı mütəxəssisdirsə, onda bu töhfə daha böyük olur.

Ferrari-də Jan Todtun timsalında mən komandaya inanılmaz bağlılıq, onun işlərində tam iştirakın necə olduğunu öyrəndim. 2000-ci illərdə Ferrari-də işləmək şərəfinə nail olduğum zaman bunu karyeramda çox erkən gördüm.

Amma Formula1 təkcə texnologiya deyil, həm də insanlardır. Stefano Domenikali ilə işləyərək, komanda lideri kimi yüksək qiymətləndirilmək üçün hansı keyfiyyətlərə ehtiyac olduğunu öyrəndim. Onun timsalında insanlara səmimi hörmətlə yanaşmağın, onların özlərini tam dərk edə bilmələri üçün onları dinləməyin nə qədər vacib olduğunu öyrəndim.

Andreas Zaydl güclü yarış komandasının formalaşmasına, müəyyən sahələrdə, məsələn, pit stoplarda irəliləyiş əldə etməyə kömək olan mühəndislik təcrübəsini gətirdi. Onun nümunəsindən istifadə edərək başa düşdüm ki, işdə hər bir detal vacibdir, heç nəyi əldən verməmək üçün hər şeyi bilmək nə qədər vacibdir – bu, insanları irəliləməyə həvəsləndirməyə kömək edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*