Necə işləyəcək: Yağışlı havada yerindən start qaydası

Formula1-in idman reqlamentində başlıca dəyişikliklərdən biri yaş trasda yarışın başlanmasının yeni prosedurunun tətbiqindən ibarətdir. İndi azarkeşləri, onların sevincinə yol açan daha parlaq və tamaşalı anlar gözləyir. F-1.az yeni qaydanın tətbiqini araşdırıb nəzərinizə çatdırır.

Nəzəriyyədə hər şey sadə və aydın səslənir, amma FİA və komandalara heç də həmişə prosedurun bütün detallarını razılaşdırmaq müyəssər olmurdu. Əslində isə, məsələ yalnız Barselona testləri zamanı qətiləşdirildi – bundan sonra sənəd Avtoİdman üzrə Ümumdünya Şurasının toplantısında təsdiqləndi.

 

Bu necə işləyir?

İlk növbədə, reqlamentdə məhz yağış haqqında heç nə söylənmir, əslində orada deyilir: “Əgər planlaşdırılmış məqamda şərait yarışın startı üçün əlverişsiz hesab olunmuşsa, qızdırma dövrəsi təhlükəsizlik avtomobilinin arxasında keçə bilər”. Və burada açar söz “ola bilər” kəlməsidir – o, əvvəlki versiyanın formulunda istifadə edilən “olacaq” sözünün əvəzinə meydana çıxıb.

Göstərilən proseduru, pis havadan savayı hansısa başqa halda tətbiq edəcəkləri az ehtimal ediləndir, ancaq başqa bir seriyada bir qədər bundan əvvəlki Makao Qran Prisini xatırlamaq mümkündür, o vaxt Çarli Uaytinq böyük yağ ləkəsi səbəbindən təhlükəsizlik maşınının arxasında start prosedurundan istifadə etmişdi.

 

Əvvəllər təhlükəsizlik avtomobilinin arxasında start halında qaydaları belə qeyd edirdilər: “Starta on dəqiqə qalmış pilotlara təhlükəsizlik avtomobilinin arxasında hərəkət etməli olduğunu bildirən narıncı siqnal işıqlanır. Elə həmin vaxtda bu informasiya rəsmi məlumat sistemi vasitəsilə bütün komandalara çatdırılır”.

Əgər yolda güclü leysan yağırsa, onda elə əvvəlki kimi “təhlükəsizlik avtomobilinin boksa qayıtdığı ana qədər yağış təkərlərinin istifadəsi vacib olur” və “Maddə 38.3 (d) ilə nəzərdə tutulmuş cərimə təhlükəsizlik avtomobilinin yolda olduğu müddətdə yağış təkərlərindən istifadə etməyən istənilən pilota tətbiq ediləcəkdir”.

Təhlükəsizlik avtomobili rejimində zəruri sayda dövrələrin qət edilməsi proseduru əvvəlki kimi qalır, yalnız bir abzas əlavə olunub: “Yaşıl siqnallar yandıqda təhlükəsizlik avtomobili hərəkətə başlayır, bütün pilotlar isə 10 korpusdan artıq olmayan aralanmaya yol vermədən start düzümündəki ardıcıllıqla onunla birlikdə davam edirlər. Əgər pit-leyndə girmək lazım olarsa, pit-leyn üçün olan sürət məhdudiyyətinə əməl edilməlidir. Nə qədər ki, şərtlər yarış üçün əlverişli hesab edilməyəcək, təhlükəsizlik avtomobili peletonun önündə qalır”.

Burada başlıca məqam – hakimin maşınının arxasınca pilotlar bir deyil, bir neçə dövrə vura bilərlər, amma bunların heç biri yarış sayılmayacaq. Bunlar sadəcə əlavə qızdırma dövrələridir. Onlar yarış məsafəsi nöqteyi-nəzərindən nəzərə alınır (belə ki, yanacaq çənində benzinin miqdarı məhduddur), lakin indi əvvəlki təcrübədən fərqli olaraq, təhlükəsizlik avtomobilinin arxasında dövrələr vurmağa başladıqları həmin andan yarışın startı hesab edilmir.

 

Pit-leyndən start

Yuxarıda deyilənlərin başlıca nəticələrindən biri – yarışa pit-leyndən başlayan pilotlar (cərimə üzündən və ya taktiki mülahizələrdən) sadəcə peletonun quyruğunda yer alaraq, sonra da start-finiş nöqtəsindən hamı ilə birlikdə starta başlaya bilməzlər.

Onlar şəraitlə tanış olmaq üçün və trasa toplanan suyu dağıtmağa kömək etmək üçün rəqibləri ilə birlikdə tras üzrə şütümək hüququ əldə edirlər, lakin yerindən start məqamında bokslara geri dönməyə və mübarizəyə oradan başlamağa borcludurlar. Digər sözlərlə, onların daha start düzlüyünə dönmək şansları olmayacaq.

Qaydalarda bu belə qeyd edilib: “Pit-leyndən start götürən istənilən pilot, bütün iştirakçılar ilk dəfə pit-leyndən çıxışın yanından ötəndən sonra qızdırma dövrəsinə çıxa bilər. Bu cür pilotlar qızdırma dövrəsini getməyə, sonra isə pit-leynə geri dönməyə və yarışa oradan elə çıxdıqları qaydada başlamağa borcludurlar”.

 

Bundan artığı, indi belə pilotlara təhlükəsizlik avtomobili trasda olarkən bokslara daxil olmaq, orada yağış təkərlərini keçid təkərlərinə və ya sliklərə dəyişmək yasaqdır – bu, 10 saniyəlik cərimə ilə cəzalandırılır: “Maddə 38.3 (d) ilə nəzərdə tutulmuş cərimə təsvir edilən şəraitlərdə bokslara daxil olan və pit-leyndən çıxışa qədər başqa tipli təkərlər əldə edən istənilən pilota tətbiq ediləcəkdir”.

Bu zaman yarışı pit-leyndən başlayanlar qızdırma dövrələri etməyə borclu deyillər. Nəzəriyyədə bu, onlara yanacağa qənaət etmək və yarışın start anına çənlərində, start-finiş düzlüyündə yer tutanlardan daha çox yanacağa malik olmaq imkanı verir.

Bunun səmərə gətirəcəyi vəziyyəti təsəvvür etmək olar, amma komandalar qaydaların bu maddəsini müzakirə etdiklərində hamı belə bir fikrə gəldi ki, burada çatışmazlıqlar üstünlüklərdən artıqdır. Yoldakı şəraitə dair biliklər və maşının özünü aparmasını yoxlamaq imkanı istənilən halda daha faydalıdır.

Əgər yarışı start sahəsindən başlayanlardan danışsaq, onlar qızdırma dövrələri zamanı pit-stop etmək ixtiyarına malikdirlər. Lakin yenə də elə-belə yox – bundan sonra pit-leyndən yarışa başlamalı olacaqlar.

Bu, əslində, yeganə qızdırma dövrəsi zamanı olan proseduru təkrarlayır – əgər sən təkərləri dəyişməyə gedirsənsə, onda start sahəsindəki öz mövqeyini itirirsən. Fərq yalnız bundadır ki, “yağış” rejimində qızdırma dövrələri çoxdur, amma elə ki, onlar sona çatdı, istənilən halda start üçün pit-leynə daxil olmaq lazım gələcək.

“Qızdırma dövrələri gedişində bokslara girmiş istənilən digər pilotlar yola geri dönmək hüququna malikdirlər, amma təhlükəsizlik avtomobili oraya gələndə pit-leynə qayıtmağa və oradan elə daxil olduqları qaydada start almağa borcludurlar”, – qaydalarda deyilir.

Bu, o cümlədən ona görə edilib ki, starta az qalmış yaxşı qızdırılmış təzə yağış təkərlərini dəyişərək start sahəsinə geri dönmək imkanı istisna olunsun.

Sıralanmanın yekunları üzrə sonunculardan biri olmuş pilot belə bir addım ata bilər, çünki çətin ki, çox şey itirsin. Lakin yadda saxlamaq vacibdir ki, onun da, istənilən başqasının da yağış təkərini keçid təkərinə və ya sliklərə dəyişmək ixtiyarı yoxdur. Bu da həmçinin, 10 saniyəlik dayanma ilə cəzalandırılacaq.

Digər sözlərlə, populyar taktiki element keçmişə gedəcək. İndi yerindən yağış startı halında cəriməsiz olaraq digər tərkibli təkərə keçmək yalnız yarışın birinci dövrəsindən sonra mümkün olacaq.

 

Ötmələr olmadan

Əlbəttə ki, təhlükləsizlik maşınının arxasında ötmək bütün zamanlarda qadağan edilmişdi – əgər irəlidəki rəqiblər aşkar problemlərlə qarşılaşmayıblarsa. Misal üçün, “a) əgər pilot start –finiş düzlüyündə ləngiyibsə, arxada olanlar yanından ötüb keçməlidirlər ki, qalan peletonu ləngitməsinlər; ya da b) əgər bir neçə pilot pit-leyndən starta çıxırlarsa və onlardan biri hərəkətin əvvəlindən başlayaraq yavaşıyır”.

Əgər yubanan kəs, start məqamında öz ilkin mövqeyini tuta bilmirsə, onda boksa yollanmalı və mübarizəyə oradan başlamalıdır. Reqlamentdə deyilir: “Hər iki halda pilot yalnız ilkin start mövqeyini və ya qızdırma dövrəsinin startı üçün pit-leyndən çıxışda formalaşmış maşınların düzümünü bərpa etmək üçün ötmək ixtiyarındadır.

Təhlükəsizlik maşını pit-leynə qayıdan zaman istənilən ləngiyən sürücü təhlükəsizlik maşının birinci xəttinə kimi (boksa girişin başlanma xətti) start mövqeyini bərpa edə bilməsə, pit-leynə girməli və startdan sonra bütün peleton pit-leyndən çıxışı keçdikdən sonra yarışa qoşula bilər.

Əgər pilot qızdırma dövrəsi zamanı öz qanuni yerinə qayıtmağa macal tapa bilməsə, amma hər halda, proseduru pozaraq start sahəsinə getsə, yenə də onu 10 saniyəlik cərimə gözləyir.

Nəhayət, bütün hazırlıqlar başa çatdıqda və yarışın başlandığı elan edildikdə pilotlar sadəcə protokola uyğun olaraq öz yerlərini tutur və adəti üzrə start verirlər.

 

“Təhlükəsizlik maşını pit-leynə getdiyi zaman, pit-leyndən starta çıxma sərəncamı verilmişlərdən başqa bütün pilotlar start sahəsinə dönməli və öz mövqelərini tutmalıdırlar, bundan sonra 36.9-dan 36.13-dək olan maddələrin tələblərinə əməl etməlidirlər”, – qaydalarda belə deyilir.

Əvvəlki versiyada təhlükəsizlik maşını rejimində pit-stop edənlərin cəzalandırılmasını nəzərdə tuturdu, lakin bu bəndə düzəliş edildi və indi belə pilotları sadəcə boksdan start gözləyir.

Əlbəttə ki, yoldakı şəraitin qızdırma dövrələri gedişində yaxşılaşmayacağı ehtimalı həmişə qalır. Belə vəziyyətdə yarış rəhbərinin bütün maşınları pit-leynə qaytarmaq və havanın dəyişməsini gözləmək hüququ var. Bu, yarışın dayandırılması demək deyil, çünki yarışa faktiki olaraq hələ start verilməyib.

 

İkinci şans olmayacaq

Bunu qeyd etmək çox mühümdür: qaydalar birbaşa deyir ki, əgər yerindən starta birinci cəhd baş tutmayıbsa, ikincisi artıq olmayacaq. Pilotlar təhlükəsizlik maşınının ardınca yola qayıdacaq və sonra bütün son illərdə yağış altında olduğu kimi, dayanmadan yarışa başlayacaqlar.

Reqlamentdə deyilir: “Əgər təhlükəsizlik avtomobilinin arxasında bir neçə qızdırma dövrələrinin yekununa görə, yoldakı şərait start üçün əlverişsiz hesab edilibsə, bütün komandalara rəsmi informasiya sistemi vasitəsilə “Start proseduru dayandırılıb” məlumatı göndəriləcək”, bundan sonra bütün pilotlar təhlükəsizlik avtomobilinin arxasında pit-leynə qayıtmağa borclu olacaqlar. Sonra isə 41 və 42-ci maddələrdəki prosedurlar hərəkətə keçir və yerindən start artıq olmayacaq”.

Bu minvalla, birinci yerindən start götürmək cəhdi alınmasa, onda hər şey adət etdiyimiz formata qayıdır – bir mühüm nəticə ilə. Bu, yarış məsafəsinin ümumi uzunluğudur.

Artıq bizim xatırlatdığımız kimi, hakimin maşınının arxasıyca ilkin dövrələr qızdırma sayılır və yarış hesab edilmir. Bu zaman onlar Qran Pri məsafəsində nəzərə alınır. Belə vəziyyətdə hesablama aparmağa imkan verən mürəkkəb olmayan düstur mövcuddur: “Əgər qızdırma dövrəsi təhlükəsizlik maşınının arxasında başlayırsa (39.16 maddəsinə uyğun olaraq), yarışın ümumi dövrələrinin sayı, birini çıxmaq şərtilə təhlükəsizlik maşınının arxasında keçilmiş dövrələrin sayı qədər azaldılır”.

Başqa sözlərlə, əgər ilkin olaraq 70 dövrəlik yarış planlaşdırılmışsa, ancaq real startdan əvvəl peleton neytrallaşdırma rejimində gölməçələrlə beş dövrə vurmuşsa, onda finişə qədər 66 dövrə qalır (70 – 5 + 1 = 66). Bu, çəndəki yanacağın miqdarından çıxış etməklə aparılmışdır. Quru şəraitlərdə komandalar onu yeganə qızdırma dövrəsindən çıxış edərək hesablayırlar.

 

Əlbəttə ki, yeni qaydaların reallıqda necə işlədiyinə tamaşa etmək çox maraqlı olacaq. Amma bir şey artıq indidən aydındır: bütün mənalarda yeniliklər əvvəllər olanlarla müqayisədə pozitivdir. Hətta “quru” startlar bu mövsümdən etibarən böyük təsadüfilik elementi əldə etməlidirlər, mübarizənin yağış təkərlərində gölməçələr üzrə başlanması zamanında isə bəxtigətirmə çox gözəçarpan rol oynayacaqdır.

Həmçinin, maraqlıdır ki, pilotlar qızdırma dövrələri zamanı hansı trayektoriyaları seçəcəklər. Məntiq söyləyir ki, hər bir sürücü tezliklə start almalı olduğu start sahəsini qurutmaqla məşğul olacaq.

Əlbəttə, taktiki məqam heç yerə qeyb olmayacaq – yaxşı məlumdur ki, şərait tezliklə yaxşılaşacaq, çünki startdan sonra pilotlara və komandalara yağış təkərindən daha münasib olan təkərlərə tez keçməklə bağlı qərar qəbul etmək lazımdır.

Bundan başqa, qaydalarda artıq birinci dövrənin sonunda 20 maşının hamısının eyni vaxtda keçid təkəri üçün bokslara daxil ola bilməməsi ilə bağlı bircə kəlmə də yoxdur.

Mənbə: Adam Cooper
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*