F-1.az xəbər verir ki, alman jurnalistlər Aston Martin komandasını Red Bull-un əsas rəqibi hesab ediblər – əgər AMR23 təsnifat mərhələsində Ferrari-dən geri qalırsa, o zaman daha az təkər aşınmasına görə məsafədə üstünlüyə malikdir. Öz xüsusiyyətlərinə görə, Aston Martin maşını təkərlə işləmə də daxil olmaqla Red Bull-a ən çox bənzəyir.
Ferrari-nin keçənilki problemləri var. Yarışda təkərlər səmərəliliyini erkən itirir və sürücülər sürəti azaltmalı olurlar. Mercedes yellənmədən qurtula bilib və maksimum sürəti artırıb, lakin maşın döngələrdə asfaltayatma qüvvəsinə malik deyil.
Peletonun sonunda Williams önə keçib. Bir sürətli dövrədə FW45 hələ də ən yavaşdır, lakin ən az təkər aşınmasına malikdir. Haas bunun əksidir – maşın bir dövrədə effektivdir, lakin uzun məsafədə təkərləri tez yeyir (ikinci Ferrari). McLaren-i sonuncu olması azarkeşləri məyus edib – yeni maşın yavaş və etibarsız alınıb.
Bu il | Komanda | Keçən il |
1 | Red Bull | 1 |
2 | Aston Martin | 6 |
3 | Ferrari | 2 |
4 | Mercedes | 3 |
5 | Alfa Romeo | 7 |
6 | Alpine | 4 |
7 | Williams | 10 |
8 | Haas | 8 |
9 | AlphaTauri | 9 |
10 | McLaren | 5 |