F-1.az xatırladır ki, Formula1 tarixində Fil Hill və Mario Andretti kimi amerikalı Dünya Çempionları var. Formula1-də son tam mövsüm keçirmiş amerikalı sürücü Skot Spiddir. F1-də yarışmış son amerikalı sürücü isə 2015-ci ildə Manor-da çıxış etmiş Aleksander Rossidir.
Günter Ştayner: “Komanda olaraq amerikalı sürücüylə yarışmağı çox istəyərik. Amerikan komandası olduğumuz üçün bu xoşumuza gələrdi. Heyif ki, hazırda Formula1-də yarışmaq üçün universal amerikalı yoxdur. Buna görə də gözləmək lazımdır. Hazırda bir yerli sürücü ilə müqavilə bağlaya bilərik, amma zəif olsa, bu həm komanda, həm də ölkə üçün yaxşı olmaz. Onsuz da həm Roman, həm də Kevin keçən il əla işlədilər. Onlarla davam edəcəyik. Görək gələcəkdə necə olacaq”.