F-1.az xəbər verir ki, İngiltərənin Brantingtorp trasında Sebastyan Fettel və ambulans sürücüsü Aleks Knapton arasında maraqlı mübarizə olub. Fettel ambulans maşınının, Knapton isə 488 GTB-nin sükanı arxasına keçib.
Ferrari 488 GTB-nin motoru 660, Ambulans maşınının motoru isə 116 at qüvvəsi hasil edir. Sürücülər növbə ilə trasa çıxıb və bir dövrə vurublar. Onlardan birinin nəticəsi 2:17.000 olub. Nəticəsi 2:10.480 olan digər sürücü qələbə qazanıb. Onlardan hansı daha sürətli olub? Bunu aşağıdakı videoya baxaraq öyrənə bilərsiniz.
Qeyd edək ki, videonu yayımlayan Shell şirkəti 80 ildən çoxdur ki, Ferrari ilə əməkdaşlıq edir.