Alpine yeni maşını Silverstounda sınaqdan keçirib

A523-ün təqdimatı fevralın 16-na planlaşdırılıb, lakin komanda bu gün onu artıq trasda sınaqdan keçirib.

F-1.az xəbər verir ki,komanda Silverstounda maşının debütünü təşkil edib. Alpine-in mətbuat xidməti sükan arxasına hər iki sürücünün əyləşdiyini bildirib. Qaydalara görə, onlar ümumilikdə yüz kilometrdən çox olmayan məsafəni qət edə bilərllər.

Bu barədə məlumata maşının uzaqdan çəkilmiş fotoşəkli də əlavə edilib. Şəkildən A523-ün detallarını görmək olmasa da, yeniliklərin olduğu görünür…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*