F-1.az xatırladır ki, Renault şirkəti keçən il şirkət daxilində yenidənqurma işləri aparmış və Formula1 komandasının adını Alpine olaraq dəyişmişdi.
Renault keçən il üç yarışda podiuma yüksəlmiş və Mühəndislər Kubokunda 5-ci yeri tutmuşdu. Lakin komandada ad və rəng dəyişikliklərindən başqa sürücü heyəti də dəyişib. Keçən mövsüm iki dəfə podiuma yüksəlmiş Daniel Rikkardonu daha əvvəl Renault ilə iki titul qazanmış Fernando Alonso əvəz edib.
Renault şirkətində yenidənqurma işləri getdikdən sonra Formula1 komandasının rəhbərliyində də dəyişikliklər olub. Sabiq komanda rəhbəri Siril Abitebulla yollar ayrılıb. Suzuki MotoGP komandasının sabiq rəhbəri Davide Brivio yeni yarış direktoru, Marçin Budkovski isə direktor vəzifəsinə təyin olunub.