Alpine universal mütəxəssislərə güvənir

Alpine komandasının texniki direktoru Mətyu Harman bildirib ki, komanda məhdud büdcə çərçivəsində universal mütəxəssilərinə güvənir.

F-1.az xatırladır ki, fransız komanda keçən mövsümün ikinci yarısını yüksək səviyyədə keçirərək mövsümü 4-cü yerdə başa vurmuşdu.

Mətyu Harman: “Son illərdə komandalar müəyyən sahələr üzrə ixtisaslaşırdılar, büdcə məhdudiyyətləri olmadığı vaxtlarda bu cür yanaşma işləyirdi, lakin indi işçilərin sayı məhduddur və biz daha çox universal mütəxəssislər görmək istəyirik. Bu, mühəndislərin şöbədən şöbəyə köçürülməsinə, lazım gələrsə, onu gücləndirməyə imkan verəcək.

Məsələn, bir həftə arxa asılqanın modernləşdirilməsi üzərində işləyirik, növbəti dəfə yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə eyni adamlar ön qanadda işləyirlər. Eyni zamanda insanlar bir yerdə oturmur və əlavə motivasiya hiss edirlər. Razılaşın, hər il arxa asılqanın yuxarı sümüyü üzərində işlədiyiniz zaman bu, aktiv düşüncə prosesinə və yeni fikirlərin yaranmasına kömək etmir.

Biz mühəndis və texniki işçiləri rotasiya etdiririk, insanlara avtomobilin müxtəlif hissələri ilə işləmək imkanı veririk və onlar öz ideyaları ilə yeni məkana gəlirlər, bu, çox kömək edir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*