Mett Harman: “Son illərdə komandalar müəyyən sahələr üzrə ixtisaslaşmışdı və büdcə məhdudiyyətləri olmadığı üçün elə çalışırdılar. Lakin indi işçilərin sayı məhduddur və biz komandada daha çox universal mütəxəssislər görmək istəyirik. Bu, mühəndislərin şöbədən şöbəyə köçürülməsinə, lazım gələrsə, onları inkişaf etdirməyə imkan verəcəkdir.
Məsələn, bir həftə arxa asılqanın modernləşdirilməsi üzərində işləyirik, növbəti dəfə eyni adamlar yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə ön qanadda işləyirlər. Eyni zamanda insanlar bir yerdə oturmur və əlavə motivasiya hiss edirlər. Razılaşaq ki, hər il arxa asılqanın eyni hissəsi üzərində işlədiyiniz zaman bu, aktiv düşüncə prosesinə və yeni fikirlərin yaranmasına kömək etmir. Biz mühəndis və texniki işçiləri rotasiya etdiririk, insanlara maşının müxtəlif hissələri ilə işləmək imkanı veririk – onlar da öz ideyaları ilə gəlirlər. bu da çox kömək edir”.