F-1.az xəbər verir ki, Mario Andrettinin oğlu Mayklın rəhbərlik etdiyi layihə F1-də iştirak etmək uğrunda mübarizə aparır.
Loran Rossi: “Biz razılaşdıq ki, onlar Formula1-də iştirak etmək üçün lisenziya alsalar, o zaman onları güc qurğuları ilə təmin edəcəyik. Amma əvvəlcə bu layihənin təşkilatçıları Formula1-ə qoşula biləcəklərini nümayiş etdirməlidirlər – seçimin bütün mərhələlərini keçərək Formula1-ə və ümumilikdə komandalara fayda verəcəyini göstərməlidirlər.
Onların vəzifəsi sübut təqdim etməkdir, qalanları isə onları qiymətləndirəcək. Onlar Formula1-ə gəlsələr, sevinəcəyik. Əgər yoxsa, deməli heç nə olmayıb.
Mühərriklərimizi başqasına tədarük etmək məcburiyyətində deyilik, lakin bu, gözəl bonusdur, çünki biz güc qurğusunun işləməsi haqqında məlumatları iki maşından deyil, dörd boliddən toplaya biləcəyik. Digər tərəfdən, mühərriklərin tədarükü əsas komandanın yükünü artırır, ona görə də düzgün struktur vacibdir. Məsələn, iki il əvvəl başqalarına mühərrik vermək imkanımız yox idi”.