F-1.az xatırladır ki, Alpine keçən il Renault komandasını əvəz edəndən sonra Fransa bayrağının rənglərini götürmüşdü.
Son günlərdə isə əksər resurslar xəbər verir ki, BWT şirkəti Alpine-ə sponsor kimi gələcək. Əgər şirkət komandanın əsas sponsoru olsa, bolid böyük ehtimalla çəhrayı rəngə boyanacaq. Lakin Alpine-in tamamilə çəhrayı rəngə boyanması gözlənilmir. Mavi və çəhrayı rənglərin qarışımı olacağı güman edilir.
Tərəflərin tezliklə açıqlama verməsi gözlənilir.