Alpine Qasliyə görə yaxşı “tərləyib”

Britaniya mətbuatının yazdığı xəbərə görə Alpine Qaslini transfer etmək üçün yaxşı pul xərcləyib.

 

F-1.az xatırladır ki, Alpine komandası Piastrini əldən verdikdən sonra Alonsonun yerinə sürücü axtarırdı və fransız təmsilçisi Pyer Qaslini seçib. Lakin gənc pilotun komandası AlphaTauri ilə müqaviləsi var idi. Buna görə də Qaslini transfer etmək üçün Alpine danışıqlar aparmalı idi. Deyilənlərə görə danışıqlar elə də asan keçməyib.

Britaniya mətbuatı xəbər verir ki, Qaslinin müqaviləsinin ləğvi üçün 10 milyon avro ödəmə edilib. Bu da onu göstərir ki, Alpine komandası öz yerli sürücülərinə çox güvənir.

Bu da Pyerin çiyinlərindəki yükü daha da ağırlaşdırır. Ona görə xərclənən pulların əvəzini qaytarmalıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*