F-1.az xatırladır ki, Loren Rossi Alpine markasının satışlarını artırmaq üçün avtoidmanda Alpine adını yaymaq istəyir. Buna görə də rəhbərlikdə dəyişikliklər edir. Beləliklə, Rossi Alpine-nin baş mühərrikçisi Bruno Famini Alpine Motorsport-un köməkçi prezidenti edib.
Famin birbaşa Rossiyə izahat verəcək və şirkətin bütün avtoidman fəaliyyətini idarə edəcək. Bu, Dacia ilə ortaq olan Dakar Rallisinə də aiddir.
Famin bundan başqa Alpine-nin gənc sürücü akademiyasından da məsul şəxs olacaq. Yeni vəzifələrə baxmayaraq, Famin yenə də mühərrik şöbəsinin rəhbəri kimi fəaliyyətini davam etdirəcək. Qeyd edək ki, o, 2022-ci ildən bu vəzifədədir.
Rəhbərlikdəki dəyişiklik onu göstərir ki, Rossi artıq Otmar Safnauer ilə yox, Famin ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Faminin avtoidmanda uzun karyerası var. O, karyerasına Peugeot ilə başlayıb. O, məşhur 905 layihəsində işlədikdən sonra 2005-ci ilə texniki direktor, 2012-ci ildə bütün avtoidman layihələrinin rəhbəri olub.
Faminin dövründə Peugeot şirkəti 908 ilə 24 saatlıq Le Man marafonunda, 2013-cü ildə Sebastyen Löb ilə Pikes Peak-də qələbə qazanıb. Bundan başqa 2016-2018-ci illərdə ardıcıl 3 dəfə Dakar Rallisində birinci olub.
O, 2019-2022-ci illərdə FİA-da baş əməliyyatçı olaraq işləyib və keçən ildən etibarən Alpine motor şöbəsinin başına keçib.