F-1.az xatırladır ki, Alpine bu il Renault komandasını əvəz edəcək. Fransalı istehsalçı bu il ikiqat Dünya Çempionu Fernando Alonso və gənc Esteban Okon ilə yarışacaq.
Fransızlar daha əvvəl bolidin ilkin rəng çalarını təqdim etmişdilər. Lakin yeni bolid və əsl rəng çaları martın 2-də təqdim ediləcək.
Alpine komandasının adında və sürücü heyətində olduğu kimi rəhbərliyində də dəyişikliklər olub. Yeni mövsümdə Siril Abitebul komandada olmayacaq. Keçən il Suzuki ilə MotoGP-də çempion olmuş Davide Brivyo Formula1 komandasının yeni rəhbəri kimi təyin olunub.