Alpine komandası qərarı dəstəkləyir

Alpine komandasının sürücüsü Otmar Safnauer bildirib ki, yarışın qırmızı bayraqlarla dayandırılmasını dəstəkləyir.

F-1.az xatırladır ki, yağışlı Yaponiya yarışının startından sonra Fettellə Alonso təmas edib və almaniyalı sürücü gerilərə düşüb. Daha sonra isə Karlos Sayns yerində fırlanaraq, bariyerlərə çırpılıb və mübarizəni dayandırıb.

Otmar Safnauer: “Qərar doğrudur. Şərait çox pisdir. Sebastyan Fettellə Fernando Alonso arasındakı təmas belə şəraitdə gözləniləndir. Yenə də detallı təhlel etməmişəm.

Daha sonra yağış gücləndi və trasda göl əmələ gəldi. Buna görə də yarış direktorunun qərarını dəstəkləyirəm. Proqnozlara görə yağıç şiddətlənəcək və daha sonra dayanacaq. Restartda Yağış təkərlərini götürməliyik. Ancaq hamı çalışacaq ki, tezliklə Keçid təkərlərinə keçsinlər. Yarışda çoxlu pit-stoplar ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*