Alpine komandası Prostla müqaviləni yeniləməyib

Alpine komandasında çoxsaylı kadr dəyişiklikləri fonunda komandanın məsləhətçi və brendin səfiri kimi fəaliyyət göstərən Alen Prostla müqavilə yenilənməyib.

F-1.az xəbər verir ki, dördqat dünya çempionu 2019-cu ildən komandanın qeyri-icraçı direktoru vəzifəsini də icra edirdi. Xatırladaq ki, analoji postu Mercedes-də Niki Lauda tuturdu.

Hələ Renault-da bu vəzifədə Prost tez-tez jurnalistlərlə danışırdı, müsahibələr verirdi, lakin son illərdə pandemiya onun fəaliyyətini minimuma endirmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*