Alpine komandası cəzaya etiraz edib

Alpine komandası Amerika yarışından sonra Alonsoya verilən cəzaya etiraz edib. Fransız komandası düşünür ki, Haas etirazı çox gec edib.

F-1.az xatırladır ki, Yarışın sonlarında Alonsonun sağ güzgüsü qopub və ispaniyalı sürücü yarışı bir güzgü ilə bitirib. Yarışdan sonra insidenti araşdıran stüardlar bildiriblər ki, Alonsonun maşını təhlükəli olub və onun nəticəsinə 30 saniyə əlavə edilib. Bununla da ikiqat Dünya Çempionu 7-ci yerdən 15-ci yerə geriləyib.

Alpine komandası hadisəyə belə fikir bildirib: “Əgər FİA bir maşının təhlükəli olduğunu düşünürsə, yarışda qara-narıncı bayraq sallamalıdır. Onlar bizim maşını dəyərləndirdilər və bayrağı sallamadılar. Yarışdan sonra bolid FİA-nın nümayəndələri tərəfindən qanuni elan olundu.

Haas komandası etirazı son müraciət vaxtından 24 dəqiqə sonra edib. Buna görə də etiraz diqqətə alınmamalı idi. Cəza sayılmamalıdır”.

Stüardlar isə etirazın vaxtından gec qəbul edildyini təsdiqləyiblər. Lakin onlar bildiriblər ki, bu hadisədə vaxta baxmaq mümkünsüzdür və insident araşdırılmalı idi.

Əgər stüardlar Alpine komandasının etirazını qəbul etsə, Meksika yarışından əvvəl məhkəmə olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*