F-1.az bildirir ki, bolid demək olar ki, tamamilə qara rənglənəcək, sadəcə motor qapağının üzərində Fransa bayrağının 3 rəngi əks etdiriləcək. Lakin bu ilkin rəng çalarlarıdır və komandaya sponsorlar cəlb olunduqca, rənglərin dəyişiləcəyi istisna edilmir.
Komandanın builki bolidi A521 adlandırılacaq. Bu, 1975-ci ildəki A500 F1 prototipinin adı ilə builki təqvim ilinin birləşməsindən yaradılıb. Komandanın yeni təyin olunmuş rəhbəri Loran Rossi tədbirdə iştirak edib, dəqiq tarix deməsə də, maşının fevral ayında təqdim ediləcəyini bildirib.