F-1.az bildirir ki, mənbənin sözlərinə görə, komanda tədricən yeni elementlər gətirməyi planlaşdırır – yenilənmələrin ilk mərhələsi Azərbaycan və Emiliya-Romanya Qran Prilərində baş tutacaq. Daha sonra Kanada və Britaniyada yarışlarında yenilənmələrin ikinci mərhələsini həyata keçiriləcək. Bundan əlavə, sözügedən yarışlar arasında komanda kiçik modifikasiyalar etməyi planlaşdırır.
Komandanın hesablamalarına görə, İmoladakı yarışa qədər maşın 0,3 saniyə daha sürətli olmalıdır, lakin bu kiçik artımının Red Bull və digər rəqiblərə yaxınlaşmağa kömək edib-etməyəcəyi sual altındadır – hər şey onların sürətindən asılı olacaq”.