F-1.az xatırladır ki, fransızlar testlərin ilk günündə iki sürücü ilə 113 dövrə vursalar da, onluğa düşə bilməyiblər.
Mət Harman: “Bütün komandalar üçün vacib olan testlər başladı. Üç gün ərzində mümkün qədər çox dövrə vurmaq, faydalı məlumatlar toplamaq və sonrakı işlər üçün güclü təməl yaratmaq çox vacibdir. Gedişatdan razıyıq.
Proqramımız aerodinamik yenilikləri test etməyə və bolidin mexaniki balansını öyrənməyə köklənib. Bütün bunların hesabına növbəti iki gündə yaxşı məlumatlar toplaya bilərik. İndiyə kimi bolid istədiyimiz kimi işlədi və sürüclüər yaxşı geri bildirimlər verdi”.