F-1.az xatırladır ki, bu il Alpine komandasının ehtiyat və test sürücüsü Oskar Piastri idi. Lakin o, gələn ildən etibarən McLaren-in şərəfini qoruyacaq. Oskarın yerinə əsas namizəd Ceh Duhəndir. Avstraliyalı pilot bu il Meksikadakı sərbəst yürüşlərdə sükan arxasına keçmişdi.
Otmar Safnauer: “Hazırda heç bir xəbər yoxdur. Ehtiyat sürücü barədə qərar verməmişik. Bizim potensiallı Cekimiz var, amma o Formula2-də çempion olmağa köklənib. Əsas hədəfi budur”.