F-1.az xatırladır ki, son günlərdə F1-də ən çox müzakirə olunan mövzu Loran Rossinin nəticələrdən narazı olması, bunun əsas səbəbkarı kimi komandanın rəhbəri Otmar Safnaueri görməsi və bunları açıqca dilə gətirməsidir.
Onların Erik Bulye ilə də danışıqlar aparması barədə söhbətlər yayılmışdı. İndi də deyilənə görə hədəfdə olanlarda biri Mattia Binottodur. Komanda onunla danışıb və cavab alıb. Mənbənin sözlərinə görə, Binotto təklifdən imtina edib. Bununla belə, nəşr vurğulayır ki, bu o demək deyil ki, tərəflər bir-biri ilə əlaqəni dayandıracaqlar.
Xatırladaq ki, italyan mütəxəssis keçən ilin sonunda oxşar səbəbdən – rəhbərlik uzun müddətdir uğurların gəlməməsindən bezdiyi üçün Ferrari-dən göndərilmişdi.