Alpine Bakıya yeniliklərlə gələcək

Alpine komandası buillki ilk yenilikkləırini Azərbaycan Qran Prisinə gətirəcək.

F-1.az xatırladır ki, fransızlar Avstraliyada yaxşı performans göstərsələr də, iki sürücüləri bir-birləri ilə təmas yaşayaraq, mübarizəni dayandırmışdılar. Ancaq “mavilər”in təslim olmaq fikirləri yoxdur və Bakıya yeniliklərlə gələcəklər.

Komandanın texniki direktoru Mət Harmann: “Nəticələr istədiyimiz kimi olmasa da, ümumilikdə yaxşı performans göstərdik. Keçənilki rəqiblərimizin bəziləri ilə fərqi bağladıq. Digərləri isə gerilədilər. Fərqli konfiqurasiyalı traslarda yarışırıq və trasa hər çıxanda yeni şeylər öyrənirik. Mövsüm ərzində genişmiqyaslı inkişaf proqramı hazırlamışıq. Keçən il çox şey öyrəndik və artıq performansımızı yüksək səviyyəyə çıxaracağımızı bilirik. Planımız maşını aqressiv formada təkmilləşdirməkdir. İlk böyük addımı Bakıda atacağıq.

Bakıya yeni altlıq gətirəcəyik. Bundan başqa bəzi aerodinamik və mexanik detallar olacaq. Daha sonra Mayami və İmolada bəzi yeni detallarımız olacaq. Bu proses mövsüm ərzində davam edəcək. Əksər yarışlar üçün yeniliklər planlaşdırmışıq. Bakı, Mayam və İmoladakı yeniliklər irəliyə doğru bir addım olacaq. Mətbuatın yazdığı qədər böyük olmasa da, tempimizi qoruya bilərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*