Alpine Alonsodan razı qalıb

Alpine komandasının yarış direktoru Davide Brivyo sürücüsü Fernando Alonsonun performansından razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bakıdakı sıralanma turunda 9-cu olub və 4 yarışdan sonra komanda yoldaşı Okonu qabaqlayıb.

Davide Brivyo: “Qırmızı bayraqlara görə tempimizi tuta bilmədik və boliddən maksimumu almaq mümkün olmadı. Fernando Alonso sükan arxasında özünü yaxşı hiss edirdi və onluğa düşməsi əla oldu. Lakin son cəhddə yaxşı nəticə mümkün idi.

Estebanın da qırmızı bayraqlarda bəxti gətirmədi. Bu trasda hər an hər şey ola bilər. Yarışda əlimizdən gələni edəcəyik. Tempimiz yaxşıdır və yarışa fokuslanmalıyıq”.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*