F-1.az xatırladır ki, A523-ün ilk görüntüləri onların Silverstounda etdikləri çəkiliş günündən sonra mətbuata sızmışdı. Ancaq rəsmi təqdimat bu gün edilib.
Bolidin rəng çaları demək olar ki, keçənilki ilə eynidir. Bolidin dizaynı da A522-nin davamıdır. Əsas dəyişiklik ön tərəfdə, saydpodlarda və motor qapağındadır.
Xatırladaq ki, Alpine keçən il yaxşı performans göstərsə də, etibarsızlıq probleminə görə çoxlu xallar itirmişdi. Fransa təmsilçisinin builki hədəfi isə ilk üçlüklə fərqi azaltmaqdır.
“Mavilər” bu il Esteban Okon və Pyer Qasli ilə mübarizə aparacaqlar. Komandanın ehtiyat sürücüsü isə Cek Duhən olacaq.