AlphaTauri yeni heyətə qərar verib?

Almaniya mətbuatının verdiyi xəbərə görə AlphaTauri komandası həm Yuki Tsunoda, həm də Daniel Rikkardo ilə yarışmağa davam edəcək.

F-1.az Almaniya mətbuatına istinadən bildirir ki, italyan komandası Yuki Tsunodanın 2024-cü il müqaviləsini sürücünün ev trası olan Suzukada açıqlayacaq.

Xatırladaq ki, Daniel Rikkardonun Zandfortda əlinin qırılması ilə Niderland, İtaliya və Sinqapur yarışlarında sülan arxasına Liam Louson kçemiş və o, Sinqapur yarışından xal qazanmışdı. Gənc sürücünün bu performansı isə Alphatauri komandasını çətin seçim qarşısında qoymuşdu. Ancaq komanda son qərarını Tsunoda və Rikkardonu seçib. AlphaTauri bu iki sürücüyə yeni müqavilə təklif edəcək.

Bu həmlədən sonra Serxio Peresin Red Bull-dakı mövqeyi də möhkəmlənəcək. Yuki Tsunodanın yeni müqaviləsi isə Suzukada mətbuata bildiriləcək.

Bu hal Rikkardo üçün də yaxşıdır. Red Bull-a qayıda bilmək üçün özünü isbatlaya bilər. Peresin Red Bull ilə müqaviləsi 2024-cü ilin sonunda bitəcək və Rikkardo özünü AlphaTauri-də yaxşı tərəfdən göstərsə, 2025-ci ildə Maks Ferstappenin komanda yoldaşı ola bilər.

AlphaTauri-nin bu qərarından sonra keçən il Haas-dan qovulmuş Mik Şumaxerin idmana qayıtması da çətinləşəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*