F-1.az xatırladır ki, McLaren bu il bolidini təqdim edən ilk komanda olmuşdu. Keçən il İtaliyada Pyer Qasli ilə gözlənilmədən qalib gələn AlphaTauri sürücü heyətində də dəyişiklik edib. Daniil Kvyatı keçən il Formula2-də təsiredici performans göstərən Yuki Tsunoda əvəz edib.
İtaliya komandası bu il də mühərriyi Honda-dan alacaq. Beləliklə, tərəflər son dəfə birlikdə işləyəcəklər.
AT02 keçənilki bolidin inkişaf etmiş versiyası olsa da, reqlamentə görə həm altlıqda, həm də əyləc sistemlərində dəyişikliklər edilib. Burun hissəsində də bəzi dəyişikliklər olub. Komanda inkişaf jetonlarını bu hissə üçün istifadə edəcəyini əvvəldən qeyd etmişdi. Rəng çalarında isə mavi və ağ rənglərə üstünlük verilib.
Komandanın texniki direktoru Codi Eqqinton bildirib ki, yeni paketdə çoxlu dəyişikliklər edilib: “2021-ci il bolidimizi təkmilləşdirmək üçün çox işlədik. Demək olar ki, bütün aero detallarda yeniliklər edilib. Reqlament dəyişdiyi üçün aerodinamika itirdik və bunu kompensə etmək üçün çox vaxtımız getdi. Bundan başqa aerodinamikanı yaxşılaşdırmaq üçün işlər gördük”.