Alphatauri yeni bolidini 14 fevralda trasa çıxaracaq

Alphatauri komandası 2023-cü il bolidi olan AT04-ü fevralın 14-də trasa çıxaracaq.

F-1.az xatırladır ki, AT04-ün şassisi çarpma testindən uğurla keçib. İtaliya komandası keçən il uğursuz mövsüm keçirmiş və sonda 9-cu olmuşdu.

AT04 fevralın 11-də Nyu Yorkda təqdim ediləcək. Fevralın 14-də isə Mizanoda ilk dəfə trasa çıxacaq. Komanda indisən Mizano trasını icarəyə götürüb və 100 km-dən ibarət olan çəkiliş günü təşkil edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*