AlphaTauri yeni AT04-ü trasa çıxarıb

AlphaTauri komandası çəkiliş günü üçün AT04-ü Mizanoda trasa çıxarıb.

F-1.az bildirir ki, sükan arxasına keçən ilk sürücü Yuki Tsunoda olub. Komanda o anların qısa videosunu yayımlayıb. Komandalar belə testlərdə Pirelli-nin şou təkərləri ilə 100 kilometr məsafə qət edə bilərlər.

Beləliklə Alfa Romeo, Williams, Haas, Red Bull, Alpine və Ferrari-dən sonra AlphaTauri də yeni bolidini test edib. Sabah isə McLaren və Aston Martin çəkiliş günü təşkil edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*