AlphaTauri təqdimat üçün niyə Nyu Yorku seçib?

Formula1-in Şimali Amerikada daha çox populyarlaşması və orada yarışların sayının artması komandaları da fərqli addımlar atmağa sövq edir.

F-1.az xəbər verir ki, AlphaTauri-nin də təqdimat üçün ABŞ-ən ən qaynar şəhərlərindən birini seçməsinin əsas səbəbi məlum olub.

Frants Tost: “Bildiyiniz kimi, Formula1 son illərdə Netflix və sosial media sayəsində böyük populyarlıq qazanıb. Buna görə də ABŞ bazarında izimizi, tutduğumuz yeri genişləndirməyimiz çox vacibdir.

Mən şadam ki, Amerika auditoriyasına minnətdarlığımızı göstərmək üçün maşınımızı Nyu Yorkda nümayiş etdirə bildik. Həm də əladır ki, AlphaTauri öz yeni kolleksiyasını təqdim edə bildi, çünki bu il brend ilk dəfə olaraq Amerikada öz paltarlarını satmağa başlayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*