AlphaTauri qəza testindən keçib

AlphaTauri komandası 2023-cü il bolidi AT04-ü qəza testindən keçirib.

F-1.az xatırladır ki, hər bir komanda icbari qəza testini keçməlidir. Yalnız bu testləri uğurla keçdikdən sonra bolid FİA-dan razılıq alır. Bolid çarpma testlərindən nə qədər tez keçsə, o qədər yaxşıdır. Bununla komandalar inkişafa daha çox vaxt ayırırlar.

Bu gün verilən açıqlamaya görə AlphaTauri çarpma testindən uğurla keçib.

Keçən il uğursuz mövsüm keçirən və turnir cədvəlində 9-cu olan AlphaTauri bu il daha üstün performans göstərmək istəyir. Komandanın yeni mövsümdəki sürücüləri nik de Friz və Yuki Tsunoda olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*