F-1.az xəbər verir ki, Faenza komandası fransız sürücüyə karyerasının ən yaxşı anlarını özündə əks etdirən emosional videoçarx həsr edib.
Yaddaqalan anlar isə çoxdur – məsələn, onun 2019-cu və 2021-ci illərdə San Paulu və Bakıda podiumları, əlbəttə, 2020-ci ildə Monzadakı heyrətamiz qələbəsi, həmçinin müxtəlif illərdə və müxtəlif şəraitdə baş verən parlaq ötmə və müxtəlif gülməli vəziyyətlər.
Ümumi əhvali-ruhiyyəni avtomobilin salonundakı Pyer və Yuki Tsunoda arasında olan və videonun əvvəlindəki dialoq müəyyən edir. Yuki deyir ki, “ürəyim ağlayır, çünki gələn il başqa komandaya keçəcəksən”.
Komanda yoldaşının bu sözlərinə reaksiya verən Pyer Yukidən xahiş edir ki, onun ruhunu bu cür həyəcanlı çıxışlarla oyatmasın, çünki ətrafda kameralar var…