AlphaTauri-nin texniki departamentində kadr dəyişikliyi

Ciddədə keçirilən yarış həftəsonu günlərində AlphaTauri komandasının başçısı Frants Tost öz mühəndislərinə artıq güvənmədiyini bildirmişdi.

F-1.az xəbər verir ki, komandanın ötənilki nəticələri həqiqətən də arzuolunan olmamışdı, elə bu il də mövsümün başlanğıcını uğurlu adlandırmaq olmaz.

Tost Mayamidə keçirdiyi mətbuat konfransında mövsümün əvvəlində qəsd etdiyi mütəxəssisin artıq AlphaTauri-də işləmədiyini açıqlasa da, yenə də onun adını çəkməyib. Onun sözləri belə olub: “Artıq güvənmədiyim adam getdi. Qalanlarına isə, təsəvvür etdiyiniz kimi, güvənirəm. Onlar öz işlərini yaxşı görürlər”.

RacingNews365 öz mənbələrinə istinadən yazır ki, komanda əvvəllər aerodinamika şöbəsinə rəhbərlik etmiş Dikon Balmfortla yollarını ayırıb. O, Formula1 karyerasına 2003-cü ildə Williams ilə başlayıb, daha sonra 2018-ci ilin mayında Toro Rosso/AlphaTauri-nin aerodinamika şöbəsinə keçməzdən əvvəl Red Bull Racing-də 12 il keçirib.

Lakin Balmfortun ayrılması ilə təxminən eyni vaxtda hind mühəndisi Guru Jol AlphaTauri-də işləməyə başlaydbı – o, baş aerodinamik mütəxəssisin müavini olub.

Bu ilin mart ayına qədər o, Aston Martin-də eyni şöbəyə rəhbərlik edib, lakin ümumilikdə 8 il Silverstoun komandasında çalışıb. Ancaq bundan əvvəl o, 2004-cü ildən Red Bull-un aerodinamika şöbəsində çalışıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*