F-1.az xatırladır ki, fevralın 23-də mövsümöncəsi qış testləri Bəhreyndə başlayacaq. Testlər üç gün davam edəcək və hər sürücünün işləmək üçün günyarım vaxtı olacaq.
Komandanın yaponiyalı sürücüsü Yuki Tsunoda dördüncü və beşinci gün səhər, altıncı gün isə nahardan sonra sükan arxasına keçəcək.
AlphaTauri-nin debütant pilotu Nik de Friz isə dördüncü və beşinci gün nahardan sonra, şənbə günü isə səhər trasa çıxacaq.