AlphaTauri-nin bazası daşqınlardan təsirlənməyib

Bildirdiyimiz kimi, Formula1 bölgədəki güclü daşqın səbəbindən Emiliya Romanya Qran Prisini ləğv etmək qərarına gəlib.

F-1.az xatırladır ki, Faentsadakı AlphaTauri bazası Imoladan 20 kilometrdən az məsafədə yerləşir və komanda bu gün bazanın və avadanlıqların heç bir zərər görmədiyini, işçilər və onların ailələrinin təhlükəsiz şəraitdə olduğunu bildirib.

Komandanın rəsmi bəyanatında deyilir: “AlphaTauri komandası son saatlarda Faentsada və bütün Emiliya Romanya bölgəsində baş verən hadisələrdən çox narahatdır, çünki daşqınlar və güclü yağışlar əhəmiyyətli ziyana səbəb olub. Komandanın bazası fəlakətdən təsirlənməyib, bütün işçilər və onların ailələri təhlükəsizdir şəraitdədir.

Biz bütün zərər çəkənlərə rəğbət bəsləyirik, bütün dəstəyimiz onlarladır və ehtiyacı olanlara necə kömək edə biləcəyimizi başa düşmək üçün vəziyyəti izləməyə davam edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*