AlphaTauri-nin adı Hugo Boss olacaq?

Son çıxan dedi-qodulara görə AlphaTauri komandasının adı Hugo Boss ola bilər.

F-1.az xatırladır ki, Red Bull-un hazırda Formula1-də iki komandası var. Lakin son illərdə pis performans göstərən AlphaTauri-nin satılacağı iddia edilir.

Lakin “qırmızı öküzlər” bu komandanı satmamağa qərar verib. Ancaq komandanın adı dəyişiləcək və yeni idarə sistemi qurulacaq.

Macarıstan mətbuatının verdiyi xəbərə görə Red Bull 1 milyard dollardlıq təkıifi rədd edib. Red Bull öz geyim şirkətləri olan AlphaTauri-nin adını daşıyan komandaya yeni titul sponsoru axtarır.

Britaniya və Macarıstan mətbuatının verdiyi xəbərə görə Hugo Boss son vaxtlarda AlphaTauri-nin titul sponsoru olmaq istəyit. Hugo Boss onların təkcə titul sponsoru olmayacaq, eyni zamanda AlphaTauri geyim brendini də alacaq. Satınalma işləri bitəndən sonra komandanın 2024-cü ildə hansı adda yarışacağı hələ müəmmalıdır.

Hugo Boss hazırda Hugo, Boss və Boss Orange kimi fərqli marketinq strategiyasına sahibdir. Bundan başqa Hugo Boss hazırda Aston Martin-in geyim tərəfdaşıdır və bu, gələn il də eyni qalacaq.

AlphaTauri isə bu ehtimal barədə bir açıqlama verməyi rədd edib.

Hugo Boss-dan başqa Polşanın neft şirkəti olan Orlen də AlphaTauri-nin titul sponsoru olmaq istəyir. Hazırda titul sponsorluğu üçün iki əsas namizəd var və hər şeyə sentyabr ayında aydınlıq gəlməsi gözlənilir.

Red Bull üçün son alternativ isə Orlenin komanda ilə müqaviləsinin böyüməsi və Hugo Boss-un titul sponsoru olmasıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*