F-1.az xəbər verir ki, komandanın baş mühəndisi Qiyom Dezotyö İmolada Yuki Tsunoda və Nik de Frizin maşınlarında görünəcək yeni altlıq haqqında danışıb. AlphaTauri ev yarışında nəticələrini yaxşılaşdıra biləcəyini gözləyir.
Qiyom Dezotyö: “Biz İmola yarışı üçün tamamilə yeni bir altlıq gətirəcəyik. Biz onu maşında qiymətləndirməyi səbirsizliklə gözləyirik. Bu, irəliyə doğru böyük, əhəmiyyətli addım olmalıdır. Ümid edirik ki, yenilik komandanın gözləntilərini doğruldacaq.
Əlbəttə ki, simulyatorda və trasda əldə edilən məlumatlar arasında korrelyasiya məsələsi var, lakin indiyə qədər gətirdiyimiz bütün yeniliklər gözləntilərə uyğun işləyib. Mayamidə maşına quraşdırdığımız yeni ön qanad trasda aerodinamik boruda olduğu kimi işləyirdi. Buna görə də İmolaya getməyi səbirsizliklə gözləyirik.
Orta qrupda çox sıx mübarizə gedir – dövrəvi nəticəsnin 1%-nə 10-dan çox maşın sığır. İmkanlarımız var və irəliyə doğru addımımız kifayət qədər böyük olsa, bir neçə yeri geri qazanacağıq. Ancaq unutmaq olmaz ki, qalanlar da yeniliklər hazırlayır. Düşünürəm ki, orta qrupdakı yüksəliş yarışı mövsüm boyu çox maraqlı olacaq”.