F-1.az Almaniya mətbuatına istinadən xəbər verir ki, AlphaTauri ilə Hugo Boss arasında müqavilə tezliklə bağlanacaq.
Tərəflər son dəfə Montsada görüşüblər və tezliklə onların anlaşdıqları açıqlana bilər.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko mövsümün əvvəlində bildirmişdi ki, komanda rebrendinq edəcək və növbəti mövsümdə maşın texniki cəhətdən Red Bull-a daha yaxın olacaq.
Qeyd edək ki, Hugo Boss qısa müddət əvvəl Formula E-nin qlobal sponsorluğundan çəkilib və gələcəkdə ancaq Formula1-ə köklənmək istəyir.
Hugo Boss şirkətinin idarə heyətinin rəhbəri Daniel Qrider: “Hugo Boss şirkəti idman sahəsindəki işlərini yenidən qurur və gələcəkdə Formula1-ə köklənəcəyik. Formula1 geri döndü və həmişəkindən daha yaxşıdır. Bundan başqa sintetik dünya və yarışlar üçün işləyirlər. Bu idman həmişəkindən daha vacibdir və bütün dünya bunu izləyir”.