F-1.az xəbər verir ki, italyan komanda keçənilki zəif mövsümün ardından bu il var gücü ilə çalışır. Bugünkü testlərin məqsədi də sürücülərin formalarını bərpa etmələri olub. Onların ixtiyarına komandanın 2021-ci ildə istifadə etdiyi AT02 maşını verilib.
Yuki Tsunoda sükan arxasına keçib, lakin komanda testlər barədə vurulan dövrələrin sayı da daxil olmaqla, heç bi rməlumat verməyib. Yapon sürücüdən sonra maşının Nik de Frizə verilməsi də məntiqəuyğun olar, lakin bu barədə də heç bir məlumat yoxdur…