AlphaTauri de Frizi Rikkardoya dəyişməyi planlaşdırmır

Dünən İtaliya mətbuatı xəbər yayıb ki, Daniel Rikkardo Mayami Qran Prisindən sonra AlphaTauri komandasının bazasında görünüb - buna səbəb isə İmolada avstraliyalı sürücünün Nik de Frizi əvəzləmək ehtimalının yüksək olması göstərilib.

F-1.az xəbər verir ki, hazırda Red Bull komandasının test və ehtiyat sürücüsü olan Daniel Fayenzada oturacaq tənzimləməsi prosedurlarından keçib.

Bununla belə, ESPN-in bu gün yaydığı məlumatına görə, Daniellə komanda arasında heç bir danışıqlar aparılmayıb və komandanın de Frizi əvəzləmək planları yoxdur.

ESPN mənbələri iddia ediblər ki, Rikkardonun Fayenzaya həqiqətən oturacağını tənzimləmək üçün gəlibmiş, amma bu səfər Mayamidəki yarışdan sonra deyil, əksinə, Floridadakı raunddan əvvəl baş verib. Yaponiya Super Formulasındakı çıxışlarına görə, AlphaTauri-nin ehtiyat pilotu Liam Louson Mayami Qran Prisinə uça bilməyib və komandanın əsas sürücülərindən biri start götürə bilməsəydi, onu Rikkardo əvəzləyəcəkdi.

Üstəlik, əgər AlphaTauri yenə də Nik de Frizin xidmətlərindən imtina etmək qərarına gəlsə, o zaman niderlandlı sürücünü əvəz etməyə əsas namizəd Rikkardo deyil, Louson olacaq.

Danielə gəlincə, Mayamidəki yarışdan sonra o, həqiqətən də İtaliyaya gedib, amma Fayenzaya yox, dostu, avstraliyalı snoubordçu Skotti Ceymsin toyuna yollanıb. Ceyms bu həftəsonu Aston Martin komandasının sürücüsü Ləns Strollun bacısı Xloya Stroll ilə evlənib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*