F-1.az xəbər verir ki, əvvəlcə vurğulandı ki, bu, Bakıda artıq gecəyarısını keçdikdən sonra komandanın yutub kanalında hətta maşının da deyil, AlphaTauri brendinin yeni paltar kolleksiyasına həsr olunmuş ikidəqiqəlik video göstərilib.
Eyni videotəqdimat, həmçinin komandanın sosial media səhifələrində aşağıdakı şərhlə birlikdə yerləşdirilib: “AT04 və AlphaTauri Payız/Qış 2023-cü il kolleksiyasını təqdim edirik! Nyu York Moda Həftəsindən canlı yayım”.
Bir müddət sonra isə keçənilki maşının studiya fotoşəkilləri də ortaya çıxıb – rəng çalarında bəzi dəyişikliklər var, xüsusən də Faenza komandasının yeni sponsoru Polşanın Orlen neft-qaz şirkətinin loqoları ilə əlaqəli qırmızı rəng sahələri əlaavə olunub. Əlbəttə ki, AT04-ün şassi və aerodinamik komponentlərində çoxlu yer AlphaTauri-nin digər tərəfdaşlarına verilib.
Ümumiyyətlə, deyə bilərik ki, maşın, daha doğrusu, onun rəng çaları xoş təsir bağışlayıb. Onun necə gedəcəyi və 2023-cü ildə Yuki Tsunoda və Nik de Frizin hansı nəticələrə nail olacağı başqa sualdır, cavabını zamanla öyrənəcəyik.