F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddədə yaxşı performans göstərirdi, amma yarışın bitməsinə 15 dövrə qalmış motorda problem yaşadı və mübarizəni dayandırmalı oldu.
Qeyd edək ki, Alonso Ciddədəki yarışdan əvvəl ikinci motoruna keçmişdi. Bu motor isə su pompasındakı problemə görə sıradan çıxıb.
Loren Rossi: “Problem motorda yox, su pompasındadır. Bu soyutmanı azaltdı və problemlər gəldi. Motor lazıçi səviyyədə soyumadı, yağ da qızdı. Fernando sürürdü və motor işləyirdi. Amma iheç nə ideal deyildi. Buna görə də yarışı saxladıq. Problemi tapdıq və ümid edirəm ki, Melburnda düzəldərik. İşin yaxşı tərəfi odur ki, problem motorun quruluşuna görə deyil.
Bu motoru yenidən sitifadə edə bilməyəcəyik, çünki su pompası motora yerləşdirilib. Su pompasını düzəltmək istəsək, möhürü qırmalıyıq. Buna görə də motor sıradan çıxdı”.